Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59
Rusiya prezidenti Vladimir Putin birbaşa illik çıxışı gedir.
Çıxış bir neçə televiziya və radio stansiyaları tərəfindən canlı yayımlanır.

Günortaya dək ölkə sakinlərindən prezidentə milyondan artıq zəng və məktub gəlib, ki, bu ölkə əhalisinin 1 faizi deməkdir.
Suallar əsasən sosial sahələri-əməkhaqqı, pensiya, təzminat, uşaq bağçaları, yaşayış səviyyəsi, təhsil və səhiyyə sahələrini əhatə edib.

Eyni zamanda bu il müxalifətin vəziyyəti , xüsusilə müxalifət liderlərindən biri Aleksei Navalnynın taleyi böyük maraq doğurub.

Şəhər və mobil telefonlardan edilən zənglər pulsuzdur.

Bu yaxınlarda Londonda müəmmalı şəkildə ölən rusiyalı oliqarx Boris Berezovskidən məktub alması ilə bağlı suala gəldikdə isə Putin ondan iki məktub aldığını deyib:

"İlk məktubu mən ondan ilin əvvəllərində, deyəsən fevralda , ikinci məktubu isə lap bu yaxınlarda, artıq onun ölümündən sonra almışam, mətnlər eyni idi.
Yazırdı ki, hesab edir ki, çoxlu səhvlərə yol verib, ziyan vurub, bağışlanması və vətənə dönməsinə imkan yaradılmasını xahiş edirdi"

Terrorçuluqla bağlı suala gəldikdə isə Putin bunları deyib:

"Rusiyanın özü beynəlxalq terrorçuluğun qurbanıdır, ilk qurbanlardan biridir.
Bizim qərb tərəfdaşlarımız və bəli elə sizin qrbdəki kütləvi informasiya vasitələrindən olan həmkarlarınızın bizim ölkədə vəhşicəsinə, qanlı və dəhşətli cinayətlər törədən terrorçuları üsyançı adlandırması və demək olar ki, heç vaxt onları terrorçu saymaması məni hiddətləndirirdi"

Günün bütün mövzuları

XS
SM
MD
LG