Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Azərbaycan və Ermənistan XİN rəhbərləri mayda Polşada görüşəcək


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü Polşanın Krakov şəhərində keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandian Moskvada rusiyalı həmkarı Sergey Lavrov-la görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

E. Nalbandian görüşün may ayında keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, yüksək səviyyədə görüşlərin keçirilməsinin də istisna olmadığını sözlərinə əlavə edib.
XS
SM
MD
LG