Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

160 nəfər subasmalardan xilas olub


Aprelin 23-24-də Bakıda yağan güclü yağışlar nəticəsində 160 nəfər subasmalardan xilas olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, əsasən Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.

FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub. Xilasetmə əməliyyatları nəticəsində Xətai rayonunda 20-yə yaxın insan, Sabunçu rayonunda 140-a yaxın insan xilas olunub.

Xətai və Sabunçu rayonlarında 90-a qədər fərdi yaşayış evi və həyətyanı sahəni su basıb.

Hazırda yağış və qrunt suları ilə dolmuş ərazilərdə su çəkmə işləri davam etdirilir. Su çəkmə işlərini FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri həyata keçirir.
XS
SM
MD
LG