Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:32

AXCP fəalının məhkəməsinə hazırlıq iclası keçirilib


Aprelin 25-də Nəsimi rayon məhkəməsində AXCP fəalı Dəyanət Babayevin məhkəməsinə hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna Dəyanət Babayev məlumat verib.

Hazırlıq iclasında vəkili Əsabəli Müstafayev üzrlü səbəbdən iştirak etməyib. Buna görə o, dövlət tərəfindən vəkillə təmin olunub. Ancaq Dəyanət Babayev bundan imtina edib. Hüquqlarını özü müdafiə edib.

AXCP fəalı ötən il noyabrında 7-də Tofiq Səlimov adlı şəxsə fiziki təzyiq göstərməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Dəyanət Babayev ittihamı qəbul etmir. Deyir ki, müxalifətin etiraz aksiyalarında fəal iştirak etdiyi üçün ona qondarma cinayət işi açılıb:

«Dedilər ki, sən Tofiq Səlimov adlı vətəndaşı döyüb, söymüsən. Bu, böhtandır. Mənə cinayət işinin açılması siyasi fəaliyyətimlə bağlıdır».

Məhkəmə prosesi mayın 2-də davam edəcək.
XS
SM
MD
LG