Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Bakıda temperatur 27 dərəcəyədək yüksələcək



Aprelin 26-da Bakının bəzi yerlərində temperatur 27 dərəcəyədək yüksələcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilir ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal küləyi ilə əvəzlənəcək.

Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq, bəzi yerlərdə 25-27 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında isə aprelin 26-da hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5 isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 şaxta olacağı gözlənilir.

Yaxın bir neçə gündə Azərbaycan ərazisində temperaturun yüksələcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG