Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18
-

KEÇMİŞ DEPUTAT ELŞAD ABDULLAYEVLƏ DAHA NƏLƏRDƏN SÖHBƏT EDİB?

Fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova ilə aralarındakı söhbətin tam videosunu «Azadlıq» qəzetinə təqdim edib.

Qəzet yazır ki, keçmiş rektorun indi göndərdiyi videoda elə söhbətlər var ki, onlar yayılmayıb: «Gülər Əhmədovanın vəkilləri istintaqın əlindəki sübutların yalnız montaj olunmuş kadrdan ibarət olduğunu bildirir və bu cür dəlillərlə şəxsin həbsinin yolverilməzliyini vurğulayırdılar. Ona görə də Elşad Abdullayev söhbəti montaj olunmamış variantda yaymaq qərarına gəlib».

ONA İNSANIN İLLİK TƏLƏBATI CƏMİ BIR QRAMDIR

Zəfəran tədqiqatçısı İsmayıl İsmayılov «Bizim yol» qəzetinə müsahibəsində deyib ki, «Dünyaya muğamı təbliğ etdiyimiz kimi zəfəranı da təqdim etməliyik».

Tədqiqatçı deyir ki, Abşeronda zəfəranın yetişdirilməsi üçün ideal iqlim şəraiti var - isti yay, yağışlı payız, mülayim qış: «Ən gözəl zəfəran isə məhz Bilgəhdə əmələ gəlir, görünür, bu kəndin havasında bir özəllik var. Məsələn, Bilgəhdə məşhur Kardioloji mərkəz var, insanlar bura hava almağa gəlir, müalicə olur. Bilgəh zəfəranı isə ürək-damar sistemində problemi olan insanlar üçün çox faydalıdır. Bilgəhdə orta hesabla 1 hektardan 5-6 kilo hazır quru zəfəran almaq olur. Bu orta göstəricidir, bəzən az, ya da çox ola bilər. Cəmi 100 il öncə bir neçə dəfə artıq zəfəran yığılardı, amma hazırda o məhsuldarlıq yoxdur».

AZƏRBAYCAN İQTİSADİYYATINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan tarixinin son yarım əsrlik dövründə, çağdaş inkişafımızın istənilən prizmadan qiymətləndirilməsi, xalqımızın Ümummilli lideri - Böyük Azərbaycanlı Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə almadan mümkün deyildir. Məhz bu baxımdan, Ulu öndərin iqtisadi inkişafımızın təmin edilməsindəki rolunun hərtərəfli qiymətləndirilməsi bütün dövrlərdə iqtisad elminin xüsusi tədqiqat obyekti olaraq qalacaqdır. Ulu öndərin iqtisadi idarəetmə sahəsindəki böyük irsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan elmi cəhətdən qiymətləndirilməlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG