Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə ilkin baxış iclasının vaxtı bilinib. Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı deyib ki, iclas mayın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.

Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. «Günaydın», «P.S.», «Millətin səsi» qəzetlərinin yazarı, «Vətəndaş həmrəyliyi» qəzetinin baş redaktoru olub. 2002-ci ildə «Xural» qəzetini yaradıb. /Mediaforum/

Günün bütün mövzuları

XS
SM
MD
LG