Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13
-

YANIQ XƏSARƏTİ ALAN ƏSGƏR VƏFAT ETDİ

Azərbaycanda 10 gün əvvəl hərbi hissələrdən birində baş verən partlayışda yaralanan əsgərlərdən biri vəfat edib.

APA-nın məlumatına görə, aprelin 15-də ağır yanıq xəsarəti ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən əsgər Natiq Musazadə həkimlərin səyinə baxmayaraq aprelin 25-də vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Hadisə aprelin 14-də Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəndə baş verib. Hərbi hissənin qazanxanasında baş verən partlayış zamanı hərbi hissənin əsgərləri, Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış Natiq Musazadə və Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmış Xaliq Bayramov yanıq xəsarətləri ilə hospitala yerləşdiriliblər.

BIÇAQLAYAN ƏSGƏR SAXLANIB

Azərbaycan Ordusunun əsgərinin qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən əsgər Xəyyam Bayramov saxlanılıb.

Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğundan bildirilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

ƏSGƏR ƏSGƏR YOLDAŞINI BIÇAQLAYIB

Azərbaycan Ordusunun əsgəri qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən vəfat edib. Hadisənin motivi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

2013-сü ildə Azərbaycan ordusu 31 nəfər itki verib. Onlardan 5-i döyüş, 26-ı isə qeyri-döyüş şəraitində həlak olub.

Cari ildə 34 nəfər yaralanıb və ya xəsarət alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG