Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

Azadlıq qəzeti Tağı Əhmədova cəriməni hissə-hissə ödəyəcək


Tağı Əhmədov (arxiv fotosu)

Tağı Əhmədov (arxiv fotosu)

“Azadlıq” qəzeti ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun hüquqi nümayəndəsi arasında 30 min manatlıq cərimənin hissə-hissə ödənilməsi haqda razılıq əldə olunub.

Bu barədə bu gün “Media forum” saytına Tağı Əhmədovun hüquqi nümayəndəsi Nigar Rəhimzadə məlumat verib.

O qeyd edib ki, Tağı Əhmədov 5-10 il olsa beləcərimənin hissə-hissə ödənilməsinə razılıq verib və bu vəsait ona və ya Bakı Metropoliteninə yox, uşaq evinə köçürüləcək.

Nigar Rəhimzadənin sözlərinə görə, cərimənin ödənilməsi qaydasında tam razılıq əldə olunduqdan sonra məhkəmə icraçılarından qəzetin bank hesabına qoyulan həbsin ləğvini istəyəcəklər: “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla danışdım, ondan məhkəmə icraçılarının telefon nömrələrini almışam. Məhkəmə icraçıları ilə danışacam. Cərimənin məbləği 30 min manatdır. Sücəddin Şərifov bildirdi ki, hər ay 400 manat ödəyə bilərlər, qəzetin imkanı ancaq buna çatır. Bununla bağlı razılığa gəldik. Hər ay 400 manat ödənilsə, 30 min manatı ödəmək üçün təxminən 6 il lazımdır. İndi qrafik tutulmalıdır. Bunu da qəzet və məhkəmə icraçıları öz aralarında həll etməlidirlər”-deyə o vurğulayıb.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetinin 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəmişdi.

Yasamal Rayon Məhkəməsi isə 2012-ci ilin iyununda qəzetin 30 min manat cərimlənməsi barədə qərar çıxarıb və cərimə ödənilmədiyinə görə, məhkəmə bu ay qəzetin bank hesabına həbs qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG