Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29
UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Borussiya” (Dortmund) komandası İspaniyanın “Real” klubunu qəbul edirdi.

Oyunun 8-ci dəqiqəsində meydan sahibləri hesabı açır. Sol tərəfdən qapıçı meydançasına Oyunun əsas qəhrəmanı Realın qapısına 4 top vuran Roret Lewandowski (9 nömrə)

Oyunun əsas qəhrəmanı Realın qapısına 4 top vuran Roret Lewandowski (9 nömrə)

qaldırılan topu Lewandowski ayağının ucu ilə qapıdan keçirir. 1-0

43-cü dəqiqədə Borussiyanın müdafiəçisi Hummel kobud səhv edir, sadə bir vəziyyətə topu "ötürür" rəqibinə. Higuain "ötürməni" qəbul edir, qapıçı ilə təkbətək çıxanda, topu sola, boş qapı qarşısındakı Ronaldoya verir. Hesab bərabərləşir. 1-1

2-ci hissənin əvvəlində yenidən Lewandowski fərqlənir. Bu dəfə mərkəzdən ötürülən topu arxası qapıya tərəf qəbul edir və 180 dərəcə fıranaraq dərhal onu qapıya yönəldir. 2-1

Çox keçmir ki, Lewandowski hat-trick edir, cərimə meydançasında topu qəbul edir, müdafiəçini aldadır və güclü zərbə ilə hesabı artırır. 3-1

Lakin Robert Lewandowski bununla da kifayətlənmir. 65-ci dəqiqədə cərimə meydanında Alonso Rues-u itələyib yıxır. Təyin olunan 11 metrə cərimə zərbəsini Lewandowski dəqiq vurur. 4-1 Oyunun son dəqiqələrində Real 2-ci topu vurmaq imkanını əldən buraxdı. Borussiya Dortmund bu oyunda qələbə qazansa da, Madriddə cavab görüşünün elə da asan olmayacığını hiss edir.
Hesabı bərabərləşdirən Ronaldo sevinir və hələ bilmir ki, onun vurduğu nəticədə təsəlli qolu olacaq

Hesabı bərabərləşdirən Ronaldo sevinir və hələ bilmir ki, onun vurduğu nəticədə təsəlli qolu olacaq


Oyundan sonra baş məşqçi də daxil olmaqla oyuncular müsahibələrində Madrid görüşünün ciddiliyini qeyd edirdilər.

Realı məşqçisinə gəldikdə, Mauriono Borussianın qələbəni haqlı olaraq qazandığını etiraf edir:

- Onlar bizdən yaxşı idilər. Bizdən daha yaxşı fərdi keyfiyyətlər nümayiş etdirdilər. - deyən Real məşqçisi Lewandowski ilə bağlı peşmançılığını da gizlətmədi:

- Biz onun haqda hər şeyi bilirdik. Onun necə oynadığını, necə hərəkət etdiyini bilirdik. Buna baxmayaraq, ona məhz elə vəziyyətlərdə oynamağa imkan verirdik, məhz həmin vəziyyətlərdən qol vurmaq iqtidarında olduğunu bilirdik. - deyə Maurinio oyundan sonra jurnalistlərlə söhbətində bildirirb.

Bir gün əvvəl, yarımfinal mərhələsinin digər oyununda “Bavariya” öz meydanında “Barselona”nı 4:0 hesabı ilə məğlub edib.

Təkrar görüşlər 1 həftədən sonra olacaq. 2 oyunun nəticəsinə görə qalib gələn komandalar finalda, Londonun məşhr Uembli stadionunda Çempionlar Liqasının qalibini müəyyən edəcəklər. İspan və Alman liqalarının qeyri-rəsmi yarışı davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG