Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

«Naxçıvanda hüquq institutlarının inkişafında Vasif Talıbovun mühüm rolu…»


Vasif Talıbov

Vasif Talıbov

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 24 aprel 2013

Naxçıvan Muxtar Respublikasının hakimləri üçün «Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri» mövzusunda seminar-müşavirə keçirilib

...Ali Məhkəmənin sədri qeyd etmişdir ki, «Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında» Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanından sonra ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Qeyd olunmuşdur ki, «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» Proqramı çərçivəsində bu tədbirin keçirilməsi həm muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunvericiliyin tətbiqi təcrübəsinin daha dərindən öyrənilməsi, hakimlərin ölkə miqyaslı tədbirlərə cəlb edilməsi, həm də mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə layihə rəhbəri, alman hakim Tomas Melser çıxış edərək «Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri» mövzusunda seminar-müşavirənin son dərəcə aktual bir mövzuya həsr olunduğunu qeyd etmişdir.

Muzeylərin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində biz ulu öndərin nəsillər üçün örnək olan həyat yolunu, ictimai-siyasi, elmi-mədəni irsini öyrənir və Azərbaycan xalqı qarşısındakı xidmətlərini xatırlamaqla gələcək həyat və fəaliyyət yolumuzu müəyyənləşdiririk. Müdrik şəxsiyyət Heydər Əliyevin xidmətlərini xatırlayarkən onun Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd etməliyik.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – ötən əsrin 70-80-ci illərində mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf etmiş, onların şəbəkəsi genişlənmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.

Xalqımızın böyük oğlu Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçildiyi zaman Naxçıvanda cəmi iki muzey var idi.

...Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur.
XS
SM
MD
LG