Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00
İtaliya prezidenti Giorgio Napolitano solmərkəzçi siyasətçi Enrico Lettaya yeni hökumət yaratmağı tapşırıb.

Bunu bu gün prezident katibliyinin rəhbəri Donato Marra bəyan edib.

Demokrat partiyasının üzvü olan Letta mötədil baxışlıdır.
Onun keçmiş baş nazir Silvio Berlusconinin yaxın tərəfdarı Gianni Lettanın qohumu olduğu bildirilir.

İki aydır ki, İtaliyada siyasi böhran yaşanır.
Fevralda ölkədə keçirilən parlament seçkisində partiyalardan heç biri qəti qələbə qazana bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG