Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:55

Akif Əlizadə AMEA-nın yeni prezidentidir


Akif Əlizadə
Akif Əlizadə
-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.

APA-nın xəbərinə görə, seçki AMEA-nın aprelin 24-də keçirilən illik ümumi yığıncağında baş tutub.

AMEA prezidenti səlahiyyətlərini icra edən akademik Akif Əlizadə 44 səslə Akademiyanın yeni prezidenti seçilib.

İclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib.

A. Əlizadə 1976-cı ildən AMEA Geologiya İnstitutunun direktorudur. AMEA prezidenti səlahiyyətlərini icra edənə qədər AMEA-nın vitse-prezidenti olub.

Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır.

Onun elmi maraq dairəsi tabaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Elmlər Akademiyasının rəsmi saytında verilən məlumata görə, A. Əlizadə Qafqazın tabaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində tədqiqatlar aparıb.

2004-cü ildə «Şöhrət», 2008-ci ildə isə «Şərəf» ordeninə layiq görülüb.

Akif Əlizadənin 79 yaşı var.

2001-ci ildən AMEA-ya rəhbərlik edən akademik Mahmud Kərimov fevralın 9-da vəfat edib.
XS
SM
MD
LG