Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32
-
“Keçmiş SSRİ məkanında insan haqları ilə bağlı ən pis mühit Rusiyadadır” – Dünyanın iki aparıcı insan haqları təşkilatı – Human Rights Watch və Amnesty İnternational eyni gündə Rusiya haqda hesabat veriblər. Təşkilatlar müxtəlifdir, hesabatda gəlinən nəticə isə eynidir.

Hər iki hesabat diqqəti Rusiyada insan haqlarına basqıya cəlb edir.

Amnesty İnternational Təşkilatının Avropa və Mərkəzi Asiya proqramının direktoru John Dalhuisen Azadlıq Radiosuna deyir:

“Qəbul olunan qanunlar, o cümlədən sərbəst toplaşmaq haqda qanun və xarici agentlər haqda qanun ayağı Rusiyada fundamental azadlıqların boğazına qoydu.”

DÖVLƏTİN ÖHDƏLİYİ

John Dalhuisen Moskvada etiraz nümayişlərinə icazə verilməməsi, polisin nümayişçilərtlə zorakı davranması haqda isə bildirir:

“ Dinc nümayişlərə imkan vermək və nümayişlərdə asayişi qorumaq dövlətlərin öz üzərinə götürdüyü öhdəlikdir. Rusiyanın bu günki hakimiyyətinin mövqeyi isə icazə vermədiyi nümayişləri dağıtmaqdır.”

Amnesty İnternationa Təşkilatının hesabatı daha çox sərbəst toplaşmaya məhdudiyyətlərə və polisin zorakılığına həsr olunub. Human Rights Watchun 78 səhifəlik hesabatı isə vətəndaş cəmiyyətinin buxovlarını möhkəmlədən qanunvericiliyə və fəallığa həsr olunub.

PUTİN QAYIDANDAN VƏZİYYƏT PİSLƏŞİR

Hesabatda deyilir ki, Putin prezidentliyə qayıdandan bir sıra məhdudlaşdırıcı qanunlar verilib, QHT-lərdə kütləvi yoxlamalar başlanıb, siyasi və ictimai fəalların gözü qorxudulur, sıxışdırılır.

Hesabatda bildirilir ki, yeni qanun xaricdən kömək alan QHT-ləri “xarici agent” kimi qeydiyyatdan keçməyə məcbur edir.

Human Rights Watchun Moskva bürosunun direktor müavini Tanya Lokshina Azadlıq Radiosuna deyir:

“Rusiyada “xarici agent”in yalnız bir mənası var- xarici casus. Buna görə də aydındır ki, yeni qanun qeyri-hökumət təşkilatlarını cəmiyyətin gözündə iblisləşdirmək və gözdən salmaq məqsədi daşıyır”.

Özünə “xarici agent” deməyən QHT-ləri nə gözləyir?

2011-ci ilin parlament seçkilərində seçki monitorinqi ilə məşğul olmuş “Golos” birinci QHT oldu ki, xarici agent kimi qeydə alınmaq istəmədiyinə görə, Rusiya hakimiyyəti bu QHT-yə qarşı inzibati addımlar atdı. “Golos”a təxminən 16 min dollar, onun direktoruna isə 10 min dollar məbləğində cərimə kəsildi.

QHT-lərin xaricdən qrant alıb-almaması ciddi araşdırılır. Bu ilin əvvəlindən Rusiyanın 50 regionunda 200 QHT-də yoxlama aparılıb.

Lokshina deyir: “Rusiyada bu gün vətəndaş cəmiyyətinə qarşı bizim şahidi olduğumuz basqı tamamilə görünməmiş basqıdır. Putin Kremlə qayıdandan sonra bu hücum var gücü ilə işə düşüb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG