Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12

ABŞ rəsmiləri Tsarnaev qardaşlarının valideyinləri ilə görüşüb


 Zubeidat Tsarnaeva

Zubeidat Tsarnaeva

ABŞ rəsmiləri Dağıstanda Boston partlayışlarında şübhəli bilinən Tamerlan və Dzokhar Tsarnayevin anası Zubeidat Tsarnaeva ilə görüşüblər.

Yerli hüquq müdafiəçisi Kheda Saratova Azadlıq Radiosuna onun Federal təhlükəsizlik xidmətinin yerli şöbəsində dindirildiyini deyir.
ABŞ rəsmiləri onların atası Anzor Tsarnaevi də dindiriblər.

Aprelin 15-də Bostonda keçirilən marafon yarışında törədilən 2 partlayışda 3 nəfər ölüb, 260 nəfərsə yaralanıb.
Tamerlan aprelin 19-da polislə atışmada öldürülüb, Dzokhar isə elə həmin gün ələ keçirilib.

Tamerlanın həyat yoldaşı Ketrin Rasseiln (Katherine Russell) vəkili Miriam Weizenbaum onların bu hadisədən dərin sarsıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG