Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:05

«Uçuq-sökük qızlar yataqxanası...»


Mətbuat icmalı
Mətbuat icmalı
-

AZƏRBAYCAN ƏFQANISTANDA ELEKTRON HÖKUMƏTİN YARADILMASINA KÖMƏK GÖSTƏRİR

«Azərbaycan» qəzeti 24 aprel tarixli sayında Xarici İşlət Nazirliyinin nəzdində yaradılan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyətindən yazıb. Məqalədə qeyd olunur ki, AİDA xətti ilə inkişaf etməkdə olan ölkələrdən olan gənclərin Azərbaycan universitetlərində ali təhsil almaları üçün təqaüd verilir.

Məqalədə göstərilir ki, Qurumun vasitəsi ilə Azərbaycan, eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları sahəsində Əfqanıstana yardımlar göstərir. AİDA Agentliyi, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin inkişaf proqramı ilə birgə Əfqanıstanda elektron hökumətin yaradılmasına köməklik göstərir: «AİDA strateji rəsmi tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində «Görmə qabiliyyətinin itirilməsi ilə mübarizə» kampaniyası təşkil edir».

AİDA xətti ilə qaçaraq digər dövlətlərin ərazisində məskunlaşan məcburi köçkünlərə humanitar yardımların edilməsi də planlaşdırılır. O cümlədən, yaxın vaxtlarda Bakıda Afrika problemlərinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək.

«GENİŞ BİRLİYİN YARANMASINA İKİ AMİL MANE OLA BİLƏR»

«Azadlıq» qəzeti «Geniş birliyin yaranmasına iki amil mane ola bilər» sərlövhəsi altında AXCP sədri Əli Kərimlinin müsahibəsini yayımlayıb. Əli Kərimli müsahibəsində deyib ki, müxalifət qüvvələri arxasında xalqın gücünü hiss edəndən, xalqın dəstəyini alandan sonra, şərtlər nə qədər sərt, ağır olsa da, müəyyən yeni situasiya yarada bilər:

«Belə olarsa, hökumətin əlində aciz qalacağı, hər şeyi idarə edib saxtalaşdıra bilməyəcəyi bir situasiya yaratmaq mümkündür. Bu potensial hələ qalır. Ona görə də biz hazırda o birliyin baş tutması üçün çalışırıq. Elə bir böyük səfərbərlik, inteqrasiya əldə edilsə, situasiyanı dəyişmək mümkün olacaq. Bu alınmasa, çətin olacaq».

«HƏLƏ HEÇ BIR QAPALI ÖLKƏ «AĞ GÜNƏ» ÇIXMAYIB»

«Bizim yol» qəzetində «Hələ heç bir qapalı ölkə «ağ günə» çıxmayıb» başlıqla yazıda bloqqer kimi tanınan Əli Novruzovun müsahibəsini oxumaq mümkündür. Facebook-dakı virtual Azərbaycanla real Azərbaycan arasında ciddi fərq olduğunu söyləyən bloqqer qeyd edir ki, virtual Azərbaycan daha real, real Azərbaycan isə süni maketdir:

«Facebook-un siyasiləşməsinə gəlincə, başqa yerdə siyasət yoxdur deyə indiki durum yaranıb. Əslində, Facebook heç siyasiləşməyib də, sadəcə, azad fikrin yaşadığı son məkanlardan birinə çevrilib. Meydanlar, televizorlar, universitetlər alternativ fikir üçün bağlanıb, bir ictimai məkan qalıb - Facebook. Bu ona görə bağlanmayıb ki, hökumət bunun yolunu bilmir. Bilir, yəni, düyməni basacaq, vəssalam. Amma ümid edirəm ki, hökumət bu dərəcədə reallıq hissini itirməyib».

DİASPOR QURUCULUĞUNDA AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI

«Yeni Azərbaycan» qəzeti deputat Gülçöhrə Məmmədovanın «Heydər Əliyev və Azərbaycançılıq ideologiyası» adlı yazısını dərc edib. Müəllif bildirir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaranmasının baiskarı Heydər Əliyevdir: «... müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti, ilk növbədə onun milli maraqlarımızın bütün zəruri istiqamətlərini özündə ehtiva edən tarixi bir konsepsiya olması faktdır».

«UÇUQ-SÖKÜK QIZLAR YATAQXANASI...»

«Yeni Müsavat» qəzeti BDU-nun tələbə qızların yataqxanasından reportaj dərc edib. Məcburi köçkünlərin yataqxananı boşaltmasından sonra «dağılmış yurd yerini» xatırlatdığını yazan müəllif gördüklərini, eşitdiklərini nəqli edir:

«Diqqətimizi sınıq bir qapının yanında asılan lövhə cəlb edir; yaxınlaşıb lövhədə yazılan şikayət xarakterli yazıları oxuduqdan sonra qapılardan birini döyüb dağınıq, səliqəsiz və kitablarla zəngin olan bir otağa daxil oluruq. Otaqda 4 çarpayı olsa da 2 tələbə qız var. Şəkillərini çəkməyə icazə verməyən bu qızlara ilk sualımız qapıdan asdıqları lövhə ilə bağlı olur. Nigar sualıma yarıciddi, yarızarafat belə cavab verir: «O yazını mən yazıb asmışam. Gəlib güzgümüzü aparıblar. Səhər durub dərsə gedəndə saçımızı daramağa güzgü tapmadıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG