Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli-Yoel Edelstein ilə görüşüb.

XİN mətbuat xidmətinin məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilib, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri İsrailin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib və ölkədəki tolerantlıqdan söz açıblar.

Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu vurğulayıb və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG