Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:39

Metroda «asayişi pozmayın» çağırışı


Aprelin 24-də, səhər 8 radələrində Bakı metropoliteninin Həzi Aslanov-Dərnəgül xəttində yubanma olub. Metropolitenin Qara Qarayev stansiyasından Koroğlu stansiyasına gedən qatar tuneldə təxminən 15 dəqiqə dayanıb. Maşinist bir neçə dəfə sərnişinləri «sakit olmağa, asayişi pozmamağa» çağırıb, yubanmanı qarşıdakı qatardakı nasazlıqla izah edib. Ancaq «Koroğlu» stansiyasına yaxınlaşanda sərnişinlərdən qatarı tərk etmək xahiş olunub. Metrodakı yubanma səbəbindən “Koroğlu” metrostansiyası ətrafındakı nəqliyyatdakı sıxlıq da artıb.

Bölmələr

XS
SM
MD
LG