Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27
Aprelin 23-də AP agentliyinin twitterinə girən hackerlər agentiyin almdəndan Ağ evə hücum haqda yalan məlumat yayıblar. Saxta xəbərdə, guya Ağ evdə 2 partlayış zamanı Barack Obamanın yaralandığı da bildirilirdi.

Xəbərə inanan bəzi KİVlər onu yaymağa başlayıblar. Yerli vatla saat 13 radələrində dərc olunan xəbər dərhal Dow Jones Industrial Average (sənaye indeksi) göndərilib. Nəticədə Nyu York birjasında aksiyaların qiyməti bir neçə dəqiqəli düşməyə başlayıb.

Ağ evin sözçüsü Jay Carney mətbuat konfransında "xəbəri" təksiz etməli olub:

- Onu deyə bilərəm ki, prezident lap yaxşıdır, indicə onun yanından gəlirəm.

AP öz səhifəsində hadisə haqda məlumat verərək agentliyin məsələni araşdırdığını bildirir. AP-nin sözçüsü Paul Colford deyir ki, agentliyin twitter hesabı dondurulub. Onun sözlərinə görə, twitter hesabını sındırsalar da hackerlər,xəbər agentliyinin məlumat bazasına heç bir təhlükə törədə bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG