Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30

Pervez Musharrafın evinin ətrafından bomba tapılıb


Pervez Musharraf
Pervez Musharraf
Pakistan polisi keçmiş prezident Pervez Musharrafın evinin ətrafından bompa tapıldığı və zərərsizləşdirildiyini deyir.
İslamabadın polis rəisi Bani Amin bombanın Musharrafın evinin 150 metrliyində saxlanmış maşına qoyulduğunu deyir.

Pervez Musharraf aprelin 21-dən ev dustağıdır.
Məhkəmə bu günlərdə onun barəsində həbs qərarı çıxarıb.
O hakimiyyətdə olarkən hakimləri işdən kənarlaşdırmaqda və ölkədə fövqəladə vəziyyət rejimi elan etməkdə təqsirli bilinib.

4 il idi ki, könüllü mühacirətdə yaşayan Musharraf mayın 11-də keçiriləcək parlament seçkisində mübarizə aparmaq üçün bu günlərdə vətənə dönüb.

Taliban vətənə dönəcəyi olada onu ölümlə hədələyib.
XS
SM
MD
LG