Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01
Hindistan Çin ordusunu onun ərazisindən çəkilməyə çağırıb.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin ordusu aprelin 15-də 10 kilometr Hindistanın Ladax regionuna girərib və orda düşərgə salıb.
Amma Çin məlumatı rədd edib.

Bu ərazi mübahisəlidir və Dehli Pekini status kvo vəziyyətini saxlamağa çağırıb.
Çinin Dehlidəki səfiri xarici işlər nazirliyinə çağrılıb.

Xarici işlər nazirliyinin sözçüsü Syed Akbaruddin hazırda yerli komandirlərin danışıqlar apardığqlarını deyir.

1962-ci ildə bu regiona görə iki ölkə arasında qısa müharibə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG