Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46
-
AnsPress-in məlumatına görə, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ordudakı əsgər ölümləri haqda danışıb. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri nizam-intizam və döyüş qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusudu:

«Son illər Azərbaycan Prezidenti Milli Ordumuzun inkişafına böyük diqqət ayırır, silahlı qüvvələrimizin büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Əminliklə demək olar ki, Milli Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və suverenliyini qorumaq iqtidarındadı».

Əli Həsənovun sözlərinə görə, Əsgər ölümü faktları Azərbaycan Prezidentinin göstərişi ilə araşdırılır:

«Müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu cür halların qarşısının alınması üçün qətiyyətli addımların atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün olmayacaq».

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2013-сü ildə Azərbaycan ordusu 29 nəfər itki verib. Onlardan 5-i döyüş, 24-ü isə qeyri-döyüş şəraitində həlak olub.

Cari ildə 34 nəfər yaralanıb və ya xəsarət alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG