Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

Bu il bələdiyyələr 13 milyon manatlıq layihə həyata keçirib


Əbülfəz Babayev
Əbülfəz Babayev
Bu il bələdiyyələr 13 milyon 300 min manatlıq layihə həyata keçiriblər.

Bu barədə Azərbaycan şəhər bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev Gəncədə keçirilən Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının ümumi yığıncağında danışıb.

Bildirib ki, ötən il respublikada bələdiyyələr müxtəlif mənbələr hesabına dəyəri 13 milyon 300 min manat olan 4462 layihə həyata keçiriblər. Onlardan 1258-i yerli əhəmiyyətli, 745-i abadlıq, 359-u içməli su probleminin həllinə istiqamətlənib.

Bələdiyyələrin fəaliyyətlərinə toxunan Ə. Babayev deyib ki, 16 bələdiyyə tamam fəaliyyətsizdir. 35 bələdiyyənin fəaliyyəti tam qənaətbəxşdir.
XS
SM
MD
LG