Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Bu gün İTV-yə yeni baş direktor seçilir


Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçiriləcək.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, yeni baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək:

«MTRŞ «İctimai televiziya və radio yayımı haqqında» qanuna görə, televiziyanın fəaliyyəti üzərində hüquqi nəzarəti həyata keçirir. Qanunda bununla əlaqədar xüsusi maddə var. Biz də bu maddəyə əsaslanıb hüquqi nəzarəti həyata keçiririk. Amma seçkini İTV-nin Yayım Şurası həyata keçirəcək».

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.

«İctimai televiziya və radio yayımı haqqında» qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
XS
SM
MD
LG