Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:24

Pamuk azərbaycanlı gəncin sualına nə cavab verdi? (Eksklüziv)


Orxan Pamuk Praqada media və oxucuların suallarını cavablandırır, 19 aprel 2013

Orxan Pamuk Praqada media və oxucuların suallarını cavablandırır, 19 aprel 2013

-

Ötən həftə Praqada Yazıçılar Festivalında iştirak edən Nobel mükafatlı türk yazıçı Orxan Pamuka aprelin 19-da media və oxucularla görüş zamanı azərbaycanlı gənc də sual verib.

Özünü “Mən Azərbaycandanam” kimi təqdim edən gənc Pamukdan soruşub ki:.

- İki həftə əvvəl bir yapon qəzeti iddia etmişdi ki, Nobel mükafatı almaq təkcə ədəbi yox, həm də siyasi məsələdir. Onlar deyirlər ki, hansı yazıçı ki, mənsub olduğu mədəniyyəti tənqid edir, onun bu mükafatı almaq şansı daha çox olur. Mən sizin romanlarınızı oxumuşam, inanıram ki siz bu mükafata layiqsiz...

(Bu yerdə türk yazıçı bir “çox sağ ol deyir” və zalda gülüşmə qopur)

Orxan Pamuk:

- Çox lütfkarsınız. Bir də təkrar edin ki, eşitsinlər.

(Zalda yenə gülüş...)

- Amma yapon qəzeti yazır ki...

- Yapon qəzetini nə vaxt oxumusuz?

- İki həftə əvvəl.

- Yaponiyada idiniz?

- Yox burda idim. Onlar gözləyirdilər ki, keçən il mükafatı yapon yazıçı alacaq, amma bildiyiniz kimi, çinli yazar uddu. Əgər mümkünsə bu məsələlər haqda fikrinizi bilmək istərdim. Çox sağ olun.

Pamukun cavabı qısa olub. (Onu da qeyd edək ki, görüşdən əvvəl media nümayəndələrinə deyilmişdi ki, yazıçı siyasi sualları cavablandırmayacaq və sualların ədəbiyyata aid olmasını istərdi).

Pamuk azərbaycanlı gəncə belə bir cavab verib:

- Mən öz Nobel mükafatımdan çox məmnunam...(Yenə zalda gülüş - Oxu zalı) Mən bu məsələdə münsif deyiləm. Bu yaxşı şeydi. Və bunu hər kəsə tövsiyə edərdim...

Cavabdan sonra da zalda sürəkli gülüş...


Pamukla azərbaycanlı gəncin dialoqu burda dinlə:


"Oxu zalı" üçün Coilin O"Connor
Azadlıq Radiosunun Mərkəzi Xəbər Xidmətinin tədbirdə iştirak etmiş əməkdaşı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG