Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

John Kerry Serbiya-Kosovo razılaşması ilə bağlı Dağlıq Qarabağ münaqişəsinə toxunur


ABŞ Dövlət katibi John Kerry Serbiya-Kosovo razılaşması ilə bağlı Dağlıq Qarabağ münaqişəsinin də adını çəkib. O deyib ki. Avropa Birliyini və onun rəhbərliyini Serbiya-Kosovo razılaşmasına nail olunmasına görə təbrik edir.

Kerrynin sözlərinə görə, bu razılaşma həqiqətən də çox mühümdür. Təkcə ona görə yox ki, Serbiyaya Avropa Birliyinə daxil olmağa imkan verir. Həm də ona görə ki, münaqişəyə son qoyur. İnsanların gələcəyə doğru hərəkət etməyi baxımından bu, daha mühümdür.

Kerry bundan sonra Dağlıq Qarabağ, Kipr problemlərinə toxunub. O deyib ki, “biz indiyə kimi bir neçə donmuş münaqişədə ilişib-qalmışıq – Dağlıq Qarabağ, Kipr, Yaxın Şərq sülh prosesi , Şimali Koreya. “

Kerry keçən əsrdən qalan bu problemləri həll etməyi sınaq adlandırır və deyir ki, bu problemlər həll olunsa, xalqların indi münaqişəyə , hərbiyə gedən enerjisi təhsilə, səhiyyə sisteminin, infrastrukturun qurulmasına gedərdi.
XS
SM
MD
LG