Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Ombudsman Elmira Süleymanova həbs olunan gənclərdən danışdı


Elmira Süleymanova
Elmira Süleymanova
-
Aprelin 22-də Ombudsman Elmira Süleymanova Göyçay ictimaiyyəti ilə görüş keçirib. Görüşdən sonra o, gənc fəalların həbsi barədə Azadlıq Radiosunun sualını da cavablandırıb:

«Həbslər olursa, onun səbəbləri də olur. Amma hər bir halda - istər gənc olsun, istər ortayaşlı olsun - heç bir əlamətə fikir vermədən biz bu insanlarla işləyirik. Mən onlara mütəmadi olaraq nəzarət edirəm, səlahiyyətlərim çərçivəsində. Pis şərait özü də onların ləyaqətinin alçaldılmasıdır. Mən belə düşünürəm ki, biz məsələyə ədalətlə baxmalıyıq. Qərəzsiz, ədalətli, təmkinlə, qanun çərçivəsində beynəlxalq konvensiyalar və ölkə konstitusiyası çərçivəsində bu məsələlərə yanaşmalıyıq. Hər zaman belə hallar olanda, ən əvvəl saxlanmanın qanuniliyini yoxlayırıq. Bunların saxlanma şəraiti, onların qidalanması, tibbi yardım alması ilə maraqlanırıq. Ən əsası onlara qarşı zorakılığın olmamasına çalışırıq».
XS
SM
MD
LG