Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Hicab qadağasına yox deyən 8 nəfərə hökm oxundu


-
Aprelin 22-də Nərimanov rayon Məhkəməsində hakim Abbas Əliyev polisə müqavimət və ictimai asayişi pozmaqda ittiham olunan 8 nəfər haqqında hökm çıxarıb.

Onlar 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında məktəblərdə hicabın qadağan edilməsinin ləğvi tələbilə keçirilən etiraz aksiyası ilə əlaqədar həbs olunublar.

Məhkəmə 8 nəfəri təqsirli bilib: Davud Kərimov, Telman Şirəliyev – 6 il, Tərlan Ağadadaşov, Anar Qasımlı, İlham Hətəmov və Rövşən Allahverdiyev – 5 il 6 ay, Murad Quliyev və Ceyhun Quliyev – 5 il azadlıqdan məhrum ediliblər.

Vəkil Mənsum Bayramovun Turan-a verdiyi məlumata görə, ittiham olunanların əksəriyyəti özlərini təqsirli bilməyiblər. Bəziləri təqsirlərini qismən etiraf ediblər. Vəkillər və məhbusların doğmaları hökmü sifarişli hesab edirlər və yaxın günlərdə mətbuat konfransı keçirmək niyyətindədirlər.

Ötən il oktyabrın 5-də keçirilən aksiyada 33 nəfər həbs olunub. Onların bir hissəsi məhkəməyə çıxarılsa da, digərləri hələ istintaq altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG