Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Elmar Məmmədyarov İsrail prezidenti ilə görüşüb


İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidenti Şimon Pereslə görüşüb.

APA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, Ş. Peres bu səfəri tarixi səfər adlandırıb, belə ki, iki ölkə arasında diplomatik münasibətlər qurulmasından sonra Azərbaycanın xarici işlər naziri ilk dəfədir İsrailə səfər edir. İsrail prezidenti deyib ki, səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. O bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi onu bölgənin ən önəmli ölkəsinə çevirir.

Ş. Peres Azərbaycanın sülh siyasətini yüksək qiymətləndirib: “Azərbaycan terror və müharibə əleyhinə aydın mövqe tutmaqla terror və zorakılıqdan hələ də əziyyət çəkən qeyri-sabit bölgəyə sülh gətirmək istəyir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG