Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:10

Əbülfəs Qarayev: «Elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını artıracaq»


-
Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir.

yap.org.az saytının məlumatına görə, jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev belə deyib.

Nazir bildirib ki, adətən, hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir. Onun fikrincə, Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək:

«Elektron vizanın tətbiqi ilə bağlı müəyyən texniki məsələlərin tamamlanması tələb olunur. Düşünürəm ki, yay mövsümünə biz tam hazır olacağıq. Azərbaycanın turizm şirkətlərinin də bu prosesə qoşulmağa böyük maraqları var. İnanıram ki, bu, öz müsbət təsirini göstərəcək».

Nazir daha sonra deyib ki, Azərbaycan vətəndaşları ölkə daxilində səyahət etməyə daha meyllidirlər. Nazirini fikrincə, bu regionların infrastrukturunun yaxşılaşması ilə əlaqədardır.
XS
SM
MD
LG