Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:22

"Adamyeyən" ləqəbli Suarez müdafiəçini dişləyib


“Liverpool” klubunun hücumçusu Luis Suarez “Chelsea”nin müdafiəçisi Branislav İvanovici dişləyib. Hadisə bazar günü keçirilən oyunda olub. 2:2 hesabı ilə başa çatan oyundan sonra Suarez öz hərəkətinə görə Twitter səhifəsində üzr istəyib.
O yazıb ki, “bu gün baş verənlərə görə məyusdur”.
Uruqvaylı Suarezin oynadığı “Liverpool” da ayrıca üzr istəyib.

Ancaq bu, Suarezin birinci belə “hücumu” deyil. O, 2010-cu ildə də rəqibini oyun vaxtı dişləmişdi. Hadisə Hollandiya birinciliyində olmuşdu. O vaxt Suarez “Ajax”da oynayırdı.
Rəqibini dişlədiyinə görə, Suarez 7 oyunu buraxmağa məcbur oldu.

Bundan sonra Suarezə “Ajaxlı Adamyeyən “ ləqəbi qoyuldu.

Britaniyada isə 2011-ci ildə Suarez “Manchester United”in müdafiəçisi Patrice Evraya qarşı irçi təhqirlərə görə, 8 oyun buraxmaqla cəzalandırıldı.
XS
SM
MD
LG