Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:52

"Adamyeyən" ləqəbli Suarez müdafiəçini dişləyib - [Video]


Suarez müdafiəçini dişləyir

Suarez müdafiəçini dişləyir

“Liverpool” klubunun hücumçusu Luis Suarez “Chelsea”nin müdafiəçisi Branislav İvanovici dişləyib.Hadisə bazar günü keçirilən oyunda olub. (Bu oyunun sonuncu saniyələrində Suarez qol vuraraq öz komandasını məğlubiyyətdən xilas edib).

2:2 hesabı ilə başa çatan oyundan sonra Suarez öz hərəkətinə görə Twitter səhifəsində üzr istəyib, “baş verənlərə görə məyus” olduğunu yazıb.

Uruqvaylı Suarezin oynadığı “Liverpool” klubunun rəhbərliyi də ayrıca üzr istəyib.

Suarez birinci dəfə deyil ki, belə hərəkətə yol verir. 2010-cu ildə də rəqibini oyun vaxtı dişləmişdi. Hadisə Hollandiya birinciliyində olmuşdu.

O vaxt Suarez Amsterdamın Ajax klubunda oynayırdı. Rəqibini dişlədiyinə görə, Suarez 7 oyunu buraxmağa məcbur oldu. Bundan sonra Suarezə “Ajaxlı Adamyeyən “ ləqəbi qoyuldu.

Britaniyada isə 2011-ci ildə Suarez “Manchester United”in müdafiəçisi Patrice Evraya qarşı irçi təhqirlərə görə, 8 oyun buraxmaqla cəzalandırıldı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG