Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:24

Gənc fəalın şikayəti təmin olunmadı


Aprelin 22-də Bakı Apellyasiya Məhkəməsində «N!DA» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun ev dustaqlığına buraxılmasından imtina qərarından şikayətinə baxılıb.

Vəkil Namiq Hacıyev «Media forum» saytına deyib ki, şikayət təmin olunmayıb və hakim Faiq Qasımov Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə rəsmi ittiham irəli sürüb, Nəsimi Rayon Məhkəməsi isə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
XS
SM
MD
LG