Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

İlham Əliyev Biləcəridə parkın açılışında iştirak edib


Aprelin 22-də prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

AzərTac bildirir ki, park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.
XS
SM
MD
LG