Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Boston polisi Tsarnaevlərin çoxlu silahının aşkalandığını deyir


Aprelin 19. Boston ətrafənda Dzhokhar Tsarnaev həbs olunur.
Aprelin 19. Boston ətrafənda Dzhokhar Tsarnaev həbs olunur.
-

Bir həftə öncə Boston marafonundakı partlayışlar aprelin 22-də Massaçusets ştatında bir dəqiqəlik sükutla anılacaq. Finiş xətti yaxınlığında baş verən iki ardıcıl partlayış nəticəsində 3 nəfər ölüb, 180-dən çox adam xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri, Tamerlan Tsarnaev aprelin 18-də polislə atışmada ölüb. Bu atışmada 1 polis də ölüb, digəri isə yaralanıb. Onun ehtimal olunan ortağı, qardaşı Dzhokar Tsarnaev isə bir gün sonra Boston ətrafında yaxalanıb. Hazırda xəstəxanada saxlanan Dzhokar boğazından yaralandığı üçün danışa bilmir.

Bostonun polis komissarı Ed Davis ötən gün bildirib ki, bu iki çeçen qardaşın xeyli silahı varmış və çox güman ki, daha çox hücum planlaşdırırdılar.

Qardaşların valideynləri isə AzadlıqRadiosuna övladlarının günahsız olduğunu və bunun ABŞ hakimiyyəti tərəfindən quraşdırıldığını deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG