Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19
Bolqarıstan kommunist rejimi dövründə fəaliyyət göstərən xüsusi xidmətin arxivlərini açmaq fikrindədir.

Bolqarıstan radiosunun məlumatına görə, bu barədə ölkə prezidenti Rosen Plevleniev milli kəşfiyyat xidmətinin rəhbərliyi ilə görüşdə məlumat verib.
Söhbət 1945-1990-cı illərin arxivindən gedir.

Qərbə qaçan Bolqar yazıçısı Georgi Markovun 1978-ci ildə qətlinə görə məhz həmin vaxt fəaliyyət göstərən məxfi xidmət şübhəli bilinir.

Arxivlərin açılması üzrə milli komissiyanın məlumatına görə, kommunisr rejimi dövründə fəaliyyət göstərən məmur və iş adamların təxminən 10 faizi məxfi xidmətin əməkdaşı və ya gizli agentləri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG