Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08
İranın Kirman vilayətində 4 nəfər edam edilib.

APA-nın məlumatına görə, narkotik qaçaqçılığında təqsirli bilinən məhbuslar aprelin 20-i səhər saatlarında Kirmandakı mərkəzi həbsxanasında dara çəkiliblər.

Ölüm hökmünü Kirman İnqilab Məhkəməsi çıxarıb və hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Bununla son həftə ərzində Şirazda 9, Kirmanda 4, Məşhəddə 2, Kərəcdə 2, Zərənddə isə 1 nəfər edam edilib.
Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 12-si isə həbsxanada icra edilib.

“Amnesty İnternational” təşkilatının yaydığı hesabatda 2012-ci ildə İranda 314 nəfərin edam edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG