Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:40

ABŞ Suriya müxalifətinə əlavə yardım verir


John Kerry
John Kerry
ABŞ Dövlət katibi John Kerry ölkəsinin Suriyanın müxalifət qüvvələrinə 123 milyon dollar əlavə yardəm verəcəyini bəyan edib.

Kerry belə bir bəyanatla Suriya ilə bağlı İstanbulda keçirilən beynəlxalq görüşdən sonra çıxış edib.
O qeyd edib ki, Suriya müxalifəti ilə onun xarici tərəfdarları qərara gəliblər ki, növbəti yardım üsyançıların hərbi komandanlığı vasitəsi ilə edilsin.

John Kerri Bashar Assad rejimini dinc sakinlərə qarşı ballistik raketlərdən istifadə etməkdə ittiham edib və bildirib ki, “Suriyanın dostları qrupu”- nun 11 üzvü Suriyada keçidin dinc yolla baş tutmasını istəyirlər.

Suriya milli müxalifət koalisiyası isə qəti şəkildə terrorçuluğa qarşı olduğunu bildirib və ona verilən silahın özgə əllərə keçməsinə yol verməyəcəyini vəd edib.

Suriya müxalifəti rejimlə mübarizə aparmaq üçün dəfələrlə beynlxalq aləmdən ağır hərbi texnikalar istəyib.
Amma bu tələb İstanbul görüşündə səsləndirilməyib.
Qərb hesab edir ki, bu silahlar münaqişəni daha da pisləşdirə və ya radikla islamçıların əlinə keçə bilər.

İki ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
BMT bu müddət ərzində 70 mindən çox adamın öldüyünü deyir.
XS
SM
MD
LG