Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

Əli Əhmədov: «Əhalinin rifahı yüksəlib»


Əli Əhmədov
Əli Əhmədov
-
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov aprelin 20-də
partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri, MM-in deputatı Sədaqət Vəliyeva təşkilatın gördüyü işlər, qarşıda duran vəzifələr haqda danışıb.
Ə. Əhmədov bütövlükdə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe, qazanılmış nailiyyətlər və partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib.

2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Ə. Əhmədov deyib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsi və namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verib. Onun sözlərinə görə, prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkənin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Ə. Əhmədov bildirib ki, bütün bu amillər xalqın prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. O, qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verib.
YAP icra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG