Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Tsarnaev ABŞ ədliyyəsini sınağa çəkir


Boston partlayışının müəllifi ehtimal olunan 19 yaşlı Dzhokhar Tsarnaev ağır vəziyyətdə -

-

Boston faciəsinin xronologiyası

15 aprel.
  • Saat 14.50 - Boston şəhərində keçirilən kütləvi marafon yarışının finiş xətti yaxınlığında bir-brinin ardınca 2 partlayış baş verir.
  • Partlayışlar nəticəsində 3 nəfər həlak olur, 8 yaşlı oğlan Martin Richard, 29 yaşlı qadın Krystie Campbell və 23 yaşlı Cinli tələbə qız Lu Lingzi
  • 170 nəfər yaralanır, 3 yaralın həyatla ölüm arasındadır.

18 aprel.
  • Yerli vaxtla saat 17 radələrində polis 2 şübhəlinin foto və videosunu dərc edib, əhalidən kömək istəyir. Bir qədər sonra şübhəlilərin 26 yaşlı Tamerlan və 19 yaşlı Dzohkhar Tsarnaev qardaşları olduğu deyilir.
  • Saat 22.30 radələrində Votertaunda polislə Tsarnaevər arasında atışma baş verir. Bir polis nəfəri öldürülür, digəri yaralanır. Atışmada Tamerlan öldürülür, Dzhokhar isə qaçıb aradan çıxır. Polis ərazini mühasirəyə alıb əhalidən evdə qalmağı xahiş edir. Bütün gecəni ərazidə axtarış aparılır.

19 aprel.
  • Bütün Boston şəhərində ictimai nəqliyyatın hərəkəti dayandırlıb. Polis əhalindən evdə qalmağı xahiş edir. Bütün günü şəhərdə axtarışlar aparılır. Evdə qalmaq əmri saat 18-də ləğv edilir.
  • Saat 19 radələrində Votertaunda atışma baş verir. Məlum olur ki,hava almağa çıxan yerli sakinlərdən biri, yaralı Tsarnaevi öz həyətindəki qayığın içində görür və polisə zəng edir. Təhlükəsizlik qüvvələri ilə Tsarnaev arasında qısa atışma baş verir (bəzi mənbələrə əsasən atışma olmur, sadəcə polis xüsusi şok bombaları tətbiq edir).
  • Saat 20.45-də polis şübhəli şəxsin həbs olunduğunu elan edir. Onu "Beth Israel Deaconess Medical Center" xəstəxanasına aparırlar.
lə keçirildi. Onu aprelin 15-də marafon partlayışında yaralananların müalicə olunduğu xəstəxanaya yerləşdiriblər.

TSARNAEYV VƏ ABŞ KONSTİTUSİYASI

Son günlər amerikalıları gərginlikdə saxlayan faciənin birinci fəslini bitmiş hesab etmək olar. Lakin əsas sualların cavabı hələ də açıq qalır. Cinayətin motivi nədir, onun sifarişçiləri və təşkilatçıları varmı? Tsaraev qardaşlarına kömək edənlər olubmu? Bu suallara aydınlıq gətirə bilən əsas mənbə Tsarnaevdir. Hələlik onunla həkimlər məşğul olsa da, istintaq milli təhlükəsizlik səbəbi ilə ABŞ konstitusiyasına 5-ci əlavənin tələblərindən imtina edə bilər.

"DÜŞMƏNİ" MƏHKƏMƏ, YOXSA İSTİNTAQ MÜƏYYƏN EDİR?

Söhbət Hollivud filmlərindən hamının əzbər bildiyi “Sizin susmaq hüququnuz var, indi dediyinz hər bir söz məhkəmədə sizə qarşı istifadə oluna bilərsözləri ilə ifadə olunan hüquqi müddəadan gedir.

Rəsmilər Tsarnaevdən vəkilin iştirakı olmadan ifadə almaq istəyirlər. Bunun üçün ağır yaralı şəxslərin dindirilməsi üçün xüsusi təlim keçmiş istintaq qrupları da mövcuddur.

İctimai rəy bu addımın tərəfində olsa da, belə istisnanı əleyhinə olan hüquqşünaslar da var. Söhbət günahsızlıq prezumpsiyasından gedir.

- Mümkünsüzdür! Mümkün deyil ki, ölkə daxiıində, Bostonda cinayət törədən hər hansı Amerika vətəndaşı məhkəmə qarşısına “düşmən əsgəri” qismində çıxarılsın. - deyə Harvard universitetinin hüquq professoru Alan Dershowitz CNN-ə bildirib.

TSARNAEVİ GÖZLƏYƏN CƏZA

Məsələnin daha bir hüquqi tərəfi böyük əhəmiyyət kəsb edir: Tsarnaev hansı səviyyədə mühakimə olunacaq, Federal, yoxsa Massaçuset ştatının qanunları əsasında? Birinci halda onun barəsində ölüm hökmü çıxarıla bilər, lakin Massaçuset ştatının ən ağır cəzası ömürlük həbsdir, ölüm hökmu bu ştatda ləğv edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG