Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:14

Latviya prezidenti Azərbaycana gəlir


Andris Bērziņš
Andris Bērziņš
-
Latviya prezidenti Andris Bērziņš aprelin 24-25-də Azərbaycana gəlir.

Latviya prezidentinin internet saytında verilən məlumata görə, iki günlük səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Andris Bērziņš İçərişəhərdə keçirilən Latviya-Azərbaycan fotosərgisinə baş çəkəcək. Elə həmin gün o, prezident İlham Əliyevlə birgə Bakıda planlaşdırılan Azərbaycan-Latviya biznes forumunda iştirak edəcək.

Aprelin 25-də Latviya prezidentinin Sumqayıt Texnologiya Parkında olacağı, Nəqliyyat naziri Ziya Məmmədovla, daha sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşəcəyi bildirilir.

Latviya prezidentini səfər zamanı 10-a yaxın nazir və 74 işadamı müşayiət edəcək.
XS
SM
MD
LG