Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41
-
«20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan 300 milyard dollardan çoxdur».

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib:

«Ölkə rəhbəri bizə bu tapşırığı verib. Biz bu məsələni araşdırdıq, müəyyən tədbirlər həyata keçirdik və bu proses davam edir. Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birlikdə aparılan ilkin araşdırmalara əsasən, son 20 ildə Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan artıq 300 milyard dollardan çoxdur və bu miqdar daha da artır. Qoy Ermənistan tərəfi bunu eşitsin, nə vaxtsa onlar bunu ödəməyə məcbur olacaqlar. Ancaq Ermənistanın dövlət büdcəsi 3 milyard dollardır. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən necə gələcək, bu, çox böyük sual altındadır».

Əli Həsənova görə, Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, Azərbaycan təzminatlarda müəyyən güzəştlərə gedə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG