Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:13
Azərbaycanın daxili işlər naziri Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-20-də Şəki şəhərində növbəti qəbul keçirib.

Nazirliyin saytında gedən məlumata görə, Ramil Usubov 2 gün ərzində Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ sakinləri,habelə bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünləri qəbul edib.

Nazir onların müraciətlərinin operativ həll edilməsi üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Məlumata görə, qəbul edilən 61 nəfərin müraciətlərinin əksəriyyəti elə yerindəcə həll olunub, polisə aid olmayan 15 ərizəyə ilə bağlı isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi vəd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG