Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20
Gürcüstan prezidenti Mikheil Saakashvilinin tərəfdarlrı dünən Tbilisidə nümayiş keçiriblər.

Onlar Gürcüstan, Avropa Birliyi və NATO-nun bayraqlarını qaldırıb, Saakaşviliyə dəstək şüarları səsləndiriblər.

Aksiyaçılar effektli müxalifət qüvvəsi yaratmaq üçün yeni hərəkat yaratmağa çağırıblar.

Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkisində Saakashvilinin “Milli hərəkat” partiyası müxalifətdə olan “Gürcü arzusu” koalisiyasına məğlub olub.
Hazırda Gürcüstan hökumətinə “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanishvili rəhbərlik edir.

İvanishvilinin tərəfrdarları cümə axşamı Saakashvili və onun komandasını məsrəfçilikdə ittiham ediblər.
Saakashvili ittihamı rədd edir.

Bu ilin oktyabrında Gürcüstanda yeni prezident seçkisi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG