Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:23

Rabitə Nazirliyi haker hücumuna cavab verib


-
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ona qarşı haker hücumu ilə bağlı məsələyə aydınlıq gətirib.

«Anonymous» adlı beynəlxalq hakerlər qrupu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus 1.5 GB tutumlu qapalı sənədləri ələ keçirdiyi barədə məlumat yayıb. Qrup bu məlumatların bəzilərini par-anoia.se saytına yerləşdirib.

Nazirliyin məlumatında deyilir ki, müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc edilən məktub və sənədlər tam saxta və qərəzlidir:

«Belə ki, dərc olunmuş məlumatlarda adları yer alan müvafiq qurumlar nazirliyə məktub ünvanlayaraq məlumatların tam yalan olduğunu təsdiqləyir. Türkiyənin İnformasiya və Rabitə Texnologiyaları Nazirliyinin rəsmiləri məsələyə yazılı şəkildə etirazlarını bildirərək, onlarda bu məzmunda və qeydiyyatda sənəd olmadığını vurğulayıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam edir».

Nazirlik kütləvi informasiya vasitələrini belə məlumatları yayarkən diqqətli olmağa çağırır.
XS
SM
MD
LG