Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:58

Qəbələ polisi AXCP üzvlərinin fəhlələrlə görüşünə müdaxilə edib


Foto arxiv
Foto arxiv
Qəbələ polisi AXCP üzvlərinin şəhərdə fəhlələrlə görüşünə müdaxilə edib.

Bu barədə AzadlıqRadiosu həmin tədbirdə iştirak edən partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib.

Tədbirdə ştirak eləyən “Azəri Trans” şirkətinin fəhləsi Tehran Musayevə qanunsuz toplantı keçırıldıyı barədə xəbərdarlıq edilib.

Bir müddət əvvəl şirkətin fəhlələri Tehran Musayev, Aydın Əlverdiyev və Siyavuş Yaralıyıv sutkalıq həbs olunmüşdular.
Onlar əmək müqaviləsi və iş gününün 8 saat olması tələbi ilə tətil keçirmişdilər.

Qəbələ rayon Polis rəisinin müavini Əfqan Bəşirov polisin toplantıya müdaxilə etməsini təkzib edir.
XS
SM
MD
LG