Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:20

Pxenyan nüvə silahı proqramından dönmək fikrində deyil


Foto arxiv
Foto arxiv
“Şimali Koreya nüvə silahı proqramından imtina etməyəcək.
Amma ölkə silahların ixtisarı ilə bağlı ABŞ-la danışıqlara hazırdır”.

Bunu bu gün Şimali Koreyanın “Nodon Sinmun” qəzeti yazıb.
Yazıda qeyd edilir ki, nəqədər ki, bütün dünya nüvə silahından əl çəkməyincə Koreya yarmadasının nüvəsizləşdirilməsindən söhbət də gedə bilməz.

ABŞ-la Cənubi Koreya bundan əvvəl Pxenyanı onun nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə çağırıblar.
Pxenyan isə deyib ki, bu BMT-nin ona qarşı sanksiyalarının ləğvi və ABŞ-la Cənubi Koreyanın birgə təlimlərə son qoymasından sonra mümkündür.

Şimali Koreya bu günlərdə cənubla sülh razılaşmasından çıxdığını və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
XS
SM
MD
LG