Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:26
Boston polisi şəhərdə keçirilən marafon zamanı partlayış törətməkdə şübhəli bilinən ikinci qardaşı həbs edib.

19 yaşlı Cöhər Tsarnayev (Dzhokhar Tsarnaev) şəhər ətrafındakı həyətlərdən birində qayıqda gizlənibmiş və bu barədə polisə ev sahibi xəbər verib.

Boston polis departamenti artıq əməliyyatın başa çatdığını,terrora son qoyulduğunu, ədalətin bərpa olunduğunu və hazırda onun həbsdə olduğunu bəyan edib.

Həmçinin prezident Barask Obama faciənin vacib mərhələsinin bağlandığını deyib.
Amma prezident hələ bir çox sualların açıq qaldığını vurğulayıb.

"Aydındır ki, hələ açıq qalan çox suallar var. Msələn Ş bizim cəmiyyət və ölkənin bir hissəsi kimi burda böyüyüb təhsil alan bu gənclər nəyə görə bu zorakılığa gedib.
Onlar bu hücumu neçə hazırlayıb, neçə həyata keçirib və onlara hansısa kömək olubmu".

Polis Dzhokhar Tsarnaevin hazırda ağr yaralı vəziyyətdə xəstəxanada olduğunu deyir.

İkinci şübhəli qardaş Tamerlan Tsarnaev isə cümə axşamı polislə atışmada ölüb.
Qardaşların ikisi də Rusiyadan olan çeçenlərdir.
Dayısı onların 10 ilə yaxındır ki, ABŞ-da yaşadıqlarını deyir.

ABŞ-ın dövlət rəsmiləri Tamerlan Tsarnaevin hələ 2011-ci ildə xarici hökumətlərin xahişi ilə Federal Təhqiqat Bürosu tərəfindən sorğu-sual edildildiyini, amma həmin vaxt elə bir şübhəli hal aşkar edilmədiyini deyirlər.

Ötən bazar ertəsi Bostonda keçirilən marafon yarışında törədilən partlayışda 3 nəfər ölüb, 176 adam yaralanıb.

Rusiya prezsidenti Vladimir Putin ABŞ-a Rusiya xalqı adından başsağılığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG