Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:35

Yağış və sulu qar yağacaq


Foto: Arxiv
Foto: Arxiv
-
Aprelin 21-də Azərbaycan ərazisində yağmurlu hava gözlənilir. Bəzi yerlərdə sulu qar yağacaq, hava dumanlı keçəcək.

Ekologiya Nazirliyinin verdiyi xəbərə görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam bəzi yerlərdə yağış yağacaq, şimal-şərq küləyi əsəcək.

Gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 21-də havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.

Gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək.

Mövcud temperaturun çoxillik iqlim normasından 2-3 dərəcə aşağı olduğu bildirilir.
XS
SM
MD
LG