Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23
Çinin cənub-qərbindəki Sicuan əyalətində 6,6 bal gücündə zəlzələ olub.

Rəsmi Sinhua agentliyi azı 56 nəfərin öldüyünü, 700-ə yaxın adamın xəsarət aldığını xəbər verir.
Ölü sayının artacağı istisna edilmir.

Yeraltı təkanların mərkəzi Leşan şəhərinin 100 kilometrliyində olub.
Çaxnaşmaya düşən insanlar küçələrə axışıb.

Xilasedici əməliyyatlara 2 minədək hərbçi cəlb edilib.

2008-ci ilin mayında bu bölgədə baş vermiş 8 ballıq zəlzələdə 90 minə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG